Rusiyada koronavirusdan ölənlərin sayı 113 mini ötdü

Rusiyada koronavirusdan ölənlərin sayı 113 mini ötdü
  09 May 2021    Oxunub:2003
Rusiyada son sutka ərzində koronavirusa 8419 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 880 262 nəfərə çatıb.

Rusiyada son bir gündə 334 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 113 326 nəfərdir. İndiyədək 4,5 milyona yaxın xəstə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada 6-cı yerdədir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti