Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib - FOTOLAR

Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib -  FOTOLAR
  09 May 2021    Oxunub:2622
Müdafiə nazirinin tapşırığına əsasən nazirliyin zabitləri faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüş iştirakçılarını general-polkovnik Zakir Həsənovun adından salamlayan polkovnik Elvin Əzizov Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və fədakarlıq göstərmələrini xüsusi vurğulayıb.

Tədbirdə veteranların müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etməsi, gənclərin orduya hazırlanmasında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsi yüksək qiymətləndirilib.

Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhrəmanlığına verilən qiymətin göstəricisidir.









Azvision.az


Teqlər: Veteran   Görüş  





Xəbər lenti