Dünən 17 yanğın olub, 7 nəfər xilas edilib

Dünən 17 yanğın olub, 7 nəfər xilas edilib
  09 May 2021    Oxunub:1579
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 17 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 7 nəfər xilas edilib, o cümlədən 1 azyaşlının barmağında qalmış metal halqa xilasedicilər tərəfindən müvafiq qaydada çıxarılıb.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti