“Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır” - Anri Orimon

   “Fransada hər kəs “Xarqo”nun cəsarətindən danışır” -    Anri Orimon
  09 May 2021    Oxunub:2074
Müqavimət Hərəkatı uşaqlığıma təsadüf etdiyi üçün Əhmədiyyə Cəbrayılovu şəxsən görməmişəm. Ancaq onun haqqında çox eşitmişəm. Həmişə də onun cəsarətindən danışılıb. Fransanın azadlığı urunda mübarizəyə xarici əsgər kimi qoşulması artıq “Xarqo” haqqında hər şeyi deyir. Onun necə cəsarətli olmasından xəbər verir.
Azvision.az xəbər verir ki, bu fikirləri Kabertat Partizan Hərəkatı döyüşçülərinin anım tədbirlərinin bayraqdarı Anri Orimon AzərTAc-a müsahibəsində söyləyib. Bildirib ki, Kabertat Partizan Hərəkatı Üçüncü Qusar Polkunun sıralarında döyüşmüş əsgərlərin xatirəsi həmişə yad edilir. O isə bu tədbirlərdə həmişə bayraq saxlayaraq onların xaitərsini yad edir.

Fransanın azadlığı uğrunda döyüşən partizanların xatirəsinin anımında həmişə bayraq daşımaqla iştirak etmişəm. Onların xatirəsi hər bir veysaklı üçün əzizdir.

Qeyd edək ki, silahdaşları Əhmədiyyə Cəbrayılovu “Xarqo” adlandırıblar.

Azvision.az


Teqlər: AnriOrimon  





Xəbər lenti