Mehriban Əliyeva veteranları təbrik etdi

 Mehriban Əliyeva veteranları təbrik etdi
  09 May 2021    Oxunub:2614
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında 9 May - faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
Azvision.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə - sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.



Azvision.az


Teqlər: MehribanƏliyeva   Birincivitse-prezident  





Xəbər lenti