Son sutkada 817 mindən çox yoluxma qeydə alınıb

   Son sutkada 817 mindən çox yoluxma qeydə alınıb
  09 May 2021    Oxunub:1617
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 817 mindən çox artıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutkada 817 345 nəfər koronavirusa yoluxub, 13 426 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 156 496 592, ölənlərin isə 3 264 143 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti