“Neftçi”dən darmadağın, “Sumqayıt”dan qələbə

“Neftçi”dən darmadağın, “Sumqayıt”dan qələbə
  09 May 2021    Oxunub:1954
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Azvision.az xəbər verir ki, turun ilk oyun günündə iki görüş keçirilib.

Belə ki, "Keşlə" klubu öz meydanında "Sumqayıt"a 0:1 hesabı ilə uduzub. Günün son görüşündə "Neftçi" və "Səbail" komandaları üz-üzə gəliblər. Matç "Neftçi" klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Səbail” – “Neftçi” - 0:4
Qollar: Voyislav Stankoviç, 13, Yusuf Laval, 62, Keysuke Honda, 72, Namik Ələskərov, 79

“Keşlə” – “Sumqayıt” - 0:1
Qol: Rəhim Sadıxov, 78-penalti

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Zirə" - "Qəbələ" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azvision.az


Teqlər: Neftçi   Sumqayıt  





Xəbər lenti