“Bavariya” 31-ci dəfə Almaniya çempionu oldu

“Bavariya” 31-ci dəfə Almaniya çempionu oldu
  09 May 2021    Oxunub:2432
Futbol üzrə Almaniya Bundesliqasında 2020-2021-ci il mövsümünün qalibi müəyyənləşib.
Azvision.az xəbər verir ki, "Bavariya" klubu ardıcıl olaraq 9, ümumilikdə isə 31-ci dəfə ölkə çempionu olub.

Belə ki, turnir cədvəlində 2-ci pillədə qərarlaşan "Leyptsiq" komandasının 32-ci turda "Borussiya"ya 2:3 hesabı ilə məğlub olması nəticəsində Münhen təmsilçisi növbəti dəfə çempion titulunu qazanıb.

Hazırda 71 xalı olan Hans-Diter Flikin baş məşqçi olduğu komanda son oyununa qalib kimi çıxacaq.

Azvision.az


Teqlər: Almaniya   Çempion  





Xəbər lenti