Pensiyalar bayrama görə vaxtından əvvəl verildi

  09 May 2021    Oxunub :2001
   Pensiyalar bayrama görə vaxtından əvvəl verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsi ilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.



Azvision.az

Teqlər: Pensiya