Türkiyədə koronavirusa yoluxma sayı 5 milyonu keçdi

  Türkiyədə koronavirusa yoluxma sayı 5 milyonu keçdi
  09 May 2021    Oxunub:2122
Türkiyədə son sutka ərzində 281 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 18 min 052 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 16 min 141, pandemiya qurbanlarının sayı isə 42 min 746 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 691 min 224 pasiyent (son sutkada 28 min 896 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti