Düşmənin SU-25 döyüş təyyarəsi belə məhv edilmişdi

 Düşmənin SU-25 döyüş təyyarəsi belə məhv edilmişdi
  08 May 2021    Oxunub:7952
"Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad ediblər".
Azvision.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

General-polkovnik qeyd edib ki, sərhədçilər 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, Qə­dim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsə­bəsin­də və Zəngilan şəhərində Dövlət bayrağımızı sancıb, qızğın döyüş­lər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər.

"Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə ha­va­dan həm­lə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açılan atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunub.

AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdi­ri­lərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tət­biqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistem­lərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunub", - deyə DSX rəisi vurğulayıb.

Azvision.az




Teqlər: DSX   Rəis   Elçin-Quliyev  





Xəbər lenti