Şəhid Elməddin Vəkilov dəfn edilib

   Şəhid Elməddin Vəkilov dəfn edilib
  08 May 2021    Oxunub:2606
Vətən müharibəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Elməddin Vəkilov dəfn edilib.
Azvision.az xəbər verir ki, şəhid baş əsgər Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun ötən gün yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Azvision.az


Teqlər: Şəhid   Hərbçi   Dəfn   Daşkəsən  





Xəbər lenti