Güləşçimiz Olimpiya təsnifat turnirində bürünc medal qazandı

Güləşçimiz Olimpiya təsnifat turnirində bürünc medal qazandı
  08 May 2021    Oxunub:2307
Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya Olimpiya təsnifat turnirində bürünc medal qazanıb.
Azvision.az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz israilli Uri Kalaşnikovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Növbəti görüşdə güləşçimiz Sandro Aminaşvili (Gürcüstan) ilə qarşılaşıb. Xalçadan qalib ayrılan A.Abakarov dörddəbir finalda qazaxıstanlı Azamat Dauletbekovu məğlub edib.

Təmsilçimiz növbəti görüşdə Boris Makoyevə (Slovakiya) məğlub olub. O, üçüncü yer uğrunda görüşdə Tapani Heynoya (Finlandiya) qalib gələrək turnirin bürünc medalına sahib olub.

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

Azvision.az


Teqlər: AbubakrAbakarov  





Xəbər lenti