Peyvənd olunanların sayı 1,6 milyonu ötdü

  07 May 2021    Oxunub :1387
 Peyvənd olunanların sayı 1,6 milyonu ötdü
Azərbaycanda bu gün 33 033 nəfər vaksinasiya olunub.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 630 516 nəfər təşkil edir.



Azvision.az

Teqlər: Peyvənd