Nazir "AzEuroTel"in əməkdaşlarını mükafatlandırıb

Nazir "AzEuroTel"in əməkdaşlarını mükafatlandırıb
  07 May 2021    Oxunub:2550
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev “AzEuroTel” MMC-nin 25 illiyi münasibətilə şirkətin kollektivi ilə görüş keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, yubiley münasibəti ilə kollektivi təbrik edən nazir “AzEuroTel” şirkətinin fəaliyyətə başlamasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. “AzEuroTel” şirkətinin açılışı 1996-cı ilin 10 may tarixində ulu öndər Heydər Əliyevin iştirakı ilə baş tutub. O zaman yenidən qurulmuş ATS/92 və yeni tikilmiş ATS/97 Heydər Əliyevin Böyük Britaniyaya səfəri zamanı bağlanmış saziş əsasında ərsəyə gəlib”.

R. Nəbiyev bildirib ki, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İKT-nin inkişafı və hərtərəfli tətbiqini Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevirib.

“AzEuroTel” MMC-nin ölkədə kommersiya məqsədilə internet xidmətini təqdim edən ilk şirkətlərdən biri olduğunu vurğulayan nazir şirkətin bütün uğurlarının bünövrəsinin sağlam və peşəkar kollektiv tərəfindən yaradıldığını diqqətə çatdırıb. Nazir həm hazırda şirkətdə çalışan, həm də artıq ayrılan bütün əməkdaşları 25 illik yubiley münasibətilə təbrik edib. Nazir “AzEuroTel”i ölkənin sayılıb-seçilən şirkətlərindən birinə çevirdikləri üçün kollektivə minnətdarlığını ifadə edib. R. Nəbiyev şirkətin uğurlarında “AzEuroTel” MMC-nin rəhbərlərinin xüsusi rolu olduğunu qeyd edib.

“Şadam ki, bu gün tədbirdə müxtəlif dövrləri təmsil edən iki rəhbər görürəm: şirkətin ilk rəhbəri – Nuru Əhmədovu, həm də “AzEuroTel”in hazırkı rəhbəri Hidayət Ağayevi. Nuru müəllimin “AzEuroTel”in ilk rəhbəri və peşəkar rabitəçi kimi həmin dövrdə tətbiq edilən yeniliklərin idarə edilməsində, təkmilləşdirilməsində rolu böyükdür. Hidayət müəllim “AzEuroTel”i bu gün irəli aparır. Onun rəhbərliyi altında “AzEuroTel” telekommunikasiya şirkəti olaraq yeni texnologiyalar üzərindən istifadəçilərə optik xidmətlərin göstərilməsi üzrə layihələr icra edir”, - deyə nazir qeyd edib.

Daha sonra nazir “AzEuroTel” MMC-nin 25 illiyi münasibətilə telekommunikasiya sahəsinin inkişafında xidmətlərinə görə şirkətdə yarandığı ilk ildən çalışan əməkdaşlara təşəkkürnamə təqdim edib. Sonda iştirakçılar onlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Azvision.az



Teqlər: Nazir  





Xəbər lenti