Ermənistanda tibb işçiləri peyvənddən imtina edir

Ermənistanda tibb işçiləri peyvənddən imtina edir
  07 May 2021    Oxunub:2735
Ermənistanda tibb işçiləri koronavirus əleyhinə peyvəndlənməyə məcbur edilir.

Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Məlumata görə, onlar peyvənd olunmayacaqları təqdirdə işdən qovulmaqla hədələnirlər. Tibb işçiləri xüsusilə “AstraZeneca” ilə vaksin olunmağa məcbur edilir.
“Bunun səhiyyə nazirinin göstərişi olduğunu söyləyirlər, əks halda işdən çıxarılmaqla hədələnirlər. Məsələ burasındadır ki, bu peyvəndin istifadə müddəti 31 mayda başa çatır və hakimiyyət dövlət vəsaitlərini havaya uçurmaq ittihamlarından yayınmaq üçün əlindən gələni edir. Tibbi personal arasında çaxnaşma var, çünki bu peyvəndin yan təsirləri barədə çox danışılır ”, - deyə qəzet qeyd edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti