“İnanırdıq ki, Rəşad nə vaxtsa şəhid statusu alacaq” - Qabil Hüseynli

  07 May 2021    Oxunub :4979
 “İnanırdıq ki, Rəşad nə vaxtsa şəhid statusu alacaq” -   Qabil Hüseynli
“Rəşad Atakişiyevə şəhid statusunun verilməsini çoxdan gözləyirdik”.

Bunu Azvision.az –a açıqlamasında polkovnik-leytenant, mərhum pilot Rəşad Atakişiyevin qaynatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə döyüş təlimi zamanı qəza nəticəsində həyatını itirən pilota şəhidlik statusunun verilməsi mütləq idi.
“Ona şəhidlik statusunun veriləcəyini gözləyirdik. İnanırdıq ki, Rəşad nə vaxtsa şəhid statusu alacaq. Qəza ilə bağlı təhqiqatlar aparılırdı və bu istiqamətdə işlər gedirdi. Gecə baş tutan döyüş təlimi zamanı qəza baş vermişdi. Rəşad təlimdə tapşırığı yerinə yetirən zaman şəhid olmuşdu. Yəni onların keçirdiyi hərbi təlimlər döyüş şəraitinə bərabər tutulur”.

Qeyd edək ki, bu günlərdə Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin mərhum pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.



Xatırladaq ki, 2019-cu ilin iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Məlum olub ki, təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev şəhid olub.

Tural Tağıyev
Azvision.az

Teqlər: Pilot   Şəhid   Rəşad-Atakişiyev