Neft qiymətləri bahalaşıb

Neft qiymətləri bahalaşıb
  07 May 2021    Oxunub:1634
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 dollar artaraq 68,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar bahalaşaraq 64,99 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,2 dollar ucuzlaşaraq 68,39 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti