ABŞ səfirliyi vəkillərlə bağlı qərarı alqışladı

 ABŞ səfirliyi vəkillərlə bağlı qərarı alqışladı
  06 May 2021    Oxunub:2479
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi insan haqları üzrə vəkillər Şəhla Hümbətova və İradə Cavadovanın Azərbaycan Vəkillər Kollegiyasında üzv kimi bərpası haqda verilən qərarı alqışlayır.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "Facebook" səhifəsində paylaşım edilib.

"Dünyanın demokratik dövlətlərində insan haqları üzrə vəkillər insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasında müstasna rol oynayırlar. Xanın Hümbətova, xanın Cavadova və digər çoxsaylı vəkillərin cəsarətli səyləri nəticəsində ehtiyacı olan icmalar və sıravi vətəndaşlar hüquq xidmətlərindən faydalanmaq imkanı qazanırlar", - açıqlamada deyilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Səfirlik  





Xəbər lenti