Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi

   Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi
  06 May 2021    Oxunub:2408
Milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Rusiya ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı Əsgərov Eldar İsmayıl oğlunun – 01.10.2016-cı il tarixdən 13.12.2017-ci il tarixədək olan dövr ərzində Novosibirsk şəhərində külli miqdarda aksiz markası ilə markalanmalı olan alkoqol məhsullarını belə marka olmadan satma məqsədi ilə istehsal edib saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Federasiyası Baş Prokurorluğunun Azərbaycan Respublikasının Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Eldar Əsgərov 06.05.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təhvil verilib.

Azvision.az


Teqlər: Axtarış   Həbs  





Xəbər lenti