Koçaryan seçkilərdə partiyalar blokuna rəhbərlik edəcək

Koçaryan seçkilərdə partiyalar blokuna rəhbərlik edəcək
  06 May 2021    Oxunub:2821
Ermənistanın ikinci prezidenti Robert Koçaryan 20 iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkilərində “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalar blokuna rəhbərlik edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Dirçələn Ermənistan" partiyasının bəyanatında deyilir.

"Ermənistanda və Artsaxda (Qarabağ – red.) fəlakətli vəziyyəti nəzərə alaraq, həmfikir olan və ideologiyamızı bölüşən siyasi qüvvələrlə birlikdə seçkilərdə iştirak etməyə qərar verdik. Partiyamız erkən seçkilərdə “Daşnaksütyun”la ittifaqda və ikinci prezident Koçaryanın rəhbərlik etdiyi blokla seçkilərdə iştirak edəcək”, - açıqlamada deyilir.

Qeyd edək ki, "Dirçələn Ermənistan" partiyasını Ermənistanın Sünik (Zəngəzur red.) bölgəsinin keçmiş qubernatoru Vahe Akopyan Qarabağ müharibəsindən sonra təsis edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: RobertKoçəryan   Ermənistan  





Xəbər lenti