Azərbaycanda yoluxma sayı mindən aşağı düşdü

 Azərbaycanda yoluxma sayı mindən aşağı düşdü
  06 May 2021    Oxunub:2437
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 844 yeni yoluxma faktı qeydə alınıb, 2057 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 324 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 301 006 nəfər müalicə olunaraq sağalıb, 4635 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 19044 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717, ötən müddət ərzində isə 3 300 581 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti