Şəhid ailəsinin müraciəti həll edilib

Şəhid ailəsinin müraciəti həll edilib
  06 May 2021    Oxunub:2756
Şəhid ailəsinin təbii qaz xətti ilə bağlı probleminə Energetika Nazirliyinə daxil olmuş müraciət məktubu əsasında baxılıb.
Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) Azvision.az -a bildirilib ki, İkinci Qarabağ müharibəsində şəhid olmuş Emin Rüstəmovun ailəsinin yaşadığı Yevlax şəhəri, Nizami prospekti, bina 32, mənzil 7-nin daxilindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı şəhidin anası, Rüstəmova Alidə İsa qızının müraciəti AERA tərəfindən operativ şəkildə araşdırılaraq müsbət həll olunub.

Agentliyin əməkdaşları şəhid ailəsinin yaşadığı ünvanda qaz xəttinə baxış keçiriblər. Məsələnin həll olunması ilə bağlı agentlik tərəfindən aidiyyatı quruma müraciət olunub. AERA-nın nümayəndələrinin iştirakı və nəzarəti ilə şəhid ailəsinin yaşadığı evin üzəri ilə çəkilmiş 76 millimetrlik qaz xəttinin yeri dəyişdirilərək kənara çıxarılıb və bununlada müraciət təmin edilib.

Qeyd edək ki, Yevlax şəhərində yaşayan müraciətçi Rüstəmova Alidənin oğlu Emin Rüstəmov İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azvision.az


Teqlər: Şəhid  





Xəbər lenti