ANAMA: Kənd təsərrüfatı təyinatlı ərazilər də minalanıb

      ANAMA:    Kənd təsərrüfatı təyinatlı ərazilər də minalanıb
  06 May 2021    Oxunub:2617
Kəlbəcər və Laçın rayonları istisna olmaqla, işğaldan azad olunmuş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib.

ANAMA rəsmisi bildirib ki, Kəlbəcərdə hava şəraiti və yerin qarla örtülməsi minatəmizləmə əməliyyatlarının aparılması üçün əlverişli deyil.

"Hava şəraitinə uyğun olaraq, may ayından etibarən digər ərazilərdə də əməliyyatlar aparıla bilər. Kənd təsərrüfatı təyinatlı ərazilər də düşmən tərəfindən minalanıb. Həmin ərazilərdə silah-sursata rast gəlinir".

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti