Vətən uğrunda həlak olanların xatirəsi əbədiləşdiriləcək

 Vətən uğrunda həlak olanların xatirəsi əbədiləşdiriləcək
  06 May 2021    Oxunub:3184
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Azvision.az


Teqlər: Vətən-uğrunda   Şəhid   Ad  





Xəbər lenti