Bu şəxslərin dəfnində hərbi ehtiram göstəriləcək

   Bu şəxslərin dəfnində hərbi ehtiram göstəriləcək
  06 May 2021    Oxunub:1256
Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir.
Azvision.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik edilir.

Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.

Azvision.az


Teqlər: Hərbi   Ehtiram  





Xəbər lenti