Rusiya veteranları Njdenin heykəlinin sökülməsini tələb edir

Rusiya veteranları Njdenin heykəlinin sökülməsini tələb edir
  06 May 2021    Oxunub:4670
Dolqoprudnensk (Moskva vilayəti) Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı nasist Qaregin Njdenin abidəsinin sökülməsini tələb edir.
Azvision.az xəbər verir ki, ötən gün Moskva veteranlarını təmsil edən təşkilat bununla bağlı müraciət hazırlayıb.

Rusiya rəhbərliyinə ünvanlanan müraciətdə nasist Njdenin Qarabağdakı (Xocavənd-red) abidəsinin götürülməsi ilə bağlı tələblər yer alıb. "İkinci Dünya müharibəsi dövründə Njde qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib", - deyə müraciətdə yazılıb.

Faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğu xatırlanan sənəd Rusiya Xarici İşlər və Müdafiə Nazirliklərinə də göndərilib.

Keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi faşizm üzərində qələbənin vacibliyini vurğulayan təşkilat, Rusiyanın sülhməramlı kontingentinin 9 May Qələbə gününü qeyd edəcəyi ərazidə belə bir abidənin olmasını Avrasiyada birləşdirici dəyərləri sarsıtdacağını diqqətə çatdırıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Moskva  





Xəbər lenti