“Azərbaycan üçün yeni bir era başlayıb” - Nazir

  “Azərbaycan üçün yeni bir era başlayıb” -    Nazir
  05 May 2021    Oxunub:3283
Regionda mühüm nəqliyyat mərkəzi olan Azərbaycan transsərhəd və tranzit prosedurları və logistikanı daim təkmilləşdirir, logistika sistemini və ticarət proseslərini rəqəmsallaşdırır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının “CAREC-in 20 ili: rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” adlı yüksək səviyyəli onlayn iclas zamanı deyib.

İclas Asiya İnkişaf Bankının (AİB) illik ümumi yığıncağı çərçivəsində baş tutub.

“Bəlkə də region və xüsusən də Azərbaycan üçün yeni bir eranın başladığını bilirsiniz. Təxminən 30 illik erməni işğalından azad edilmiş ərazilərin bərpası və inkişafı, o cümlədən zəruri infrastrukturun yaradılması, biznesin inkişafı üçün stimulların yaradılması, yeni nəqliyyat və iqtisadi dəhlizlərin, xüsusilə Zəngəzur dəhlizinin yaradılması bir çox illər ərzində iqtisadi fəaliyyətimizin prioritetləri siyahısında olacaq. Bu tədbirlər, şübhəsiz ki, regional əməkdaşlığın gücləndirilməsinə kömək edəcək”, - nazir deyib.

Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti