“Ermənistan fəlakətlə üz-üzə olduğunu bilir” - Deputat

  05 May 2021    Oxunub :6474
“Ermənistan fəlakətlə üz-üzə olduğunu bilir” -  Deputat
"Ən azı iki əsrdir ki, erməni şovinistləri, millətçiləri, faşist ideoloqları Azərbaycan və türk xalqlarına qarşı nifrət, düşmənçilik, ədavət toxumları səpir, bu istiqamətdə təbliğat aparırlar".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkili bildirib ki, ermənilər türk xalqına nifrət hissi bəslədikləri üçün bütün dünyada Azərbaycan və Türkiyənin imicinə xələl gətirəcək çirkin siyasət həyata keçiriblər.

“Son 200 ildə erməni faşist ideologiyasının daşıyıcılarının Azərbaycan və Türkiyəyə qarşı zaman-zaman açdıqları çirkin oyunlar göz qabağındadlr. İndiki qondarma Ermənistan dövlətinin qurulduğu Qərbi Azərbaycan torpaqları tarixən qədim türk torpaqları, Azərbaycan türklərinin məskəni olub. Təəssüf ki, bu bölgə imperialistlərin marağında olduğundan mənfur erməni millətçiləri onlarla əlbir olaraq öz çirkin niyyətlərini həyata keçiriblər. 200 il ərzində Qərbi Azərbaycan torpaqlarından olan bütün azərbaycanlılar deportasiya olunub”.

Deputat qeyd edib ki, ermənilərin nifrət cinayətləri, ərazi iddiaları Azərbaycan ərazisində “Böyük Ermənistan” adlı utopyalarını reallaşdırmaq niyyətləri ilə bağlıdır:

“Beləliklə, doğma torpaqlardan azərbaycanlıların sıxışdırılması planları həyata keçirilib. 1918-ci ildə Zəngəzur, Göyçə mahalı daxil olmaqla ərazilərimizdə Ermənistan dövləti yaradıldı. Bu azmış kimi siyasi büroda olan ermənilərin dəstəyi ilə Azərbaycanda müxtəlif qırğınlar, soyqırımlar, qətliamlar törədiblər. Erməni faşist, millətçi ideoloqlarının düşüncələrində Azərbaycanın ərzilərini ələ keçirmək niyyətləri hər zaman olub. SSRİ dağıldıqdan sonra erməni faşistləri Qarabağı işğal etdi. Keçən il Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz bu torpaqları işğaldan azad etdi”.

M.İbrahimqızı onu da bildirib ki, erməni faşistlərinin Azərbaycan, türk xalqına qarşı nifrətinin sərhədi yoxdur.

“Nifrətin həddi o qədər yüksəkdir ki, onların qondarma gerbində, konstitusiyasında türk xalqlarına qarşı ərazi iddiaları açıq-aşkar qeyd edilib. İşğaldan azad olunmuş torpaqlarımızdan çıxarılmalarına, ordularının darmadağın edilməsinə baxmayaraq, faşist ideoloqlar yenə də Azərbaycana qarşı düşmənçiliyi davam etdirirlər. Onlardan fərqli olaraq, nə Türkiyə, nə də Azərbaycan Ermənistanla daimi düşmən olmaq niyyətində deyil. Erməni xalqını idarə edənlər anlamalıdırlar ki, onların qurtuluşu Azərbaycan və Türkiyədən keçir. Ermənistan fəlakətlə üzbəüz olduğunu bilir. Ermənistanın faşist düşüncəli ideoloqları anlamalıdır ki, xalqı zəhərləməklə heç nəyə nail ola bilməyəcəklər. Nifrət hissinin təbliğ olunması belə beynəxalq cinayətdir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Ermənistan   Qarabağ