Rusiyada koronavirusdan daha 337 nəfər öldü

  04 May 2021    Oxunub : 1748
Rusiyada koronavirusdan daha 337 nəfər öldü
Rusiyada son sutka ərzində koronavirusa 7770 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 839 514 nəfərə çatıb.

Rusiyada son bir gündə 337 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 111 535 nəfərdir. İndiyədək 4 457 044 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus