İsveçrəli diplomat İranda faciəvi şəkildə öldü

  04 May 2021    Oxunub : 1706
 İsveçrəli diplomat İranda faciəvi şəkildə öldü
İsveçrənin İrandakı səfirliyinin əməkdaşı Tehranda çoxmərtəbəli binadan yıxılaraq ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

51 yaşlı diplomat səfirliyin birinci katibi vəzifəsində çalışıb və ABŞ-ın maraqlarını təmsil edib. Təcili yardım xidmətinin nümayəndəsinin sözlərinə görə, hadisənin qəza və ya intihar olduğu hələ məlum deyil.

Qeyd edək ki, Tehran Vaşinqtonla diplomatik əlaqələrini kəsdikdən sonra İsveçrə ABŞ-ın İrandakı maraqlarını təmsil etməyə başlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Diplomat