Qarabağda döyüşmüş erməni hərbçi intihar etdi

 Qarabağda döyüşmüş erməni hərbçi intihar etdi
  04 May 2021    Oxunub:1905
Ermənistanda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş keçmiş hərbçi intihar edib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Adı açıqlanmayan sabiq döyüşçü özünü körpüdən ataraq, həyatına qəsd edib.

"Bu gün səhər saatlarında özünü Davtaşen körpüsündən atmış şəxs müharibə iştirakçısı olub. O, ən yaxşı snayper atıcısı idi. Bu faciəvi hadisənin təfərrüatları hələlik ictimaiyyət üçün açıqlanmır. Ehtimal edilir ki, keçmiş döyüşçü ciddi psixoloji travmadan əziyyət çəkirmiş"-, deyə məlumatda qeyd edilib.

Tural Tağıyev
Azvision.az


Teqlər: İntihar   Körpü   Ermənistan  





Xəbər lenti