Bayden Azərbaycana hərbi yardım göstərilməsinə icazə verdi

 Bayden Azərbaycana hərbi yardım göstərilməsinə icazə verdi
  04 May 2021    Oxunub:2788
ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib.
Azvision.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

Bildirilib ki, Bayden "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin dayandırılması müddətini uzadıb.

Dövlət katibi Entoni Blinkenin ABŞ Konqresinə göndərdiyi bildirişdə Azərbaycana hərbi yardımın Qarabağ nizamlanması ilə bağlı danışıqları pozmayacağını və mane olmayacağını, Ermənistana qarşı istifadə edilməyəcəyini bildirib.

Amerika diplomatiyasının rəhbəri, yardımın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək, həmçinin Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımının göstərilməsini tənzimləyən "Azadlığa Dəstək Aktı"nı qəbul edib. Qanuna edilən 907-ci düzəliş Azərbaycana Amerika hökuməti tərəfindən birbaşa yardımın göstərilməsinə qadağa qoyur.

Düzəlişin qüvvədə olması 2002-ci ildən dayandırılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CoBayden  





Xəbər lenti