Ermənistanda koronavirusdan ölüm sayı 4165-ə çatdı

  04 May 2021    Oxunub : 1149
Ermənistanda koronavirusdan ölüm sayı 4165-ə çatdı
Ermənistanda son sutka ərzində daha 399 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. /strong>
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 217 407 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4165-ə yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1029 nəfərdir. Aktiv xəstələrin sayı 11 106 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: COVID-19