Almaniyada virusdan ölənlərin sayı 83 591 nəfərə çatıb

Almaniyada virusdan ölənlərin sayı 83 591 nəfərə çatıb
  04 May 2021    Oxunub:1793
Almaniyada son sutka ərzində 7534 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, son sutkada daha 315 nəfər virusun qurbanı olub.

Epidemiyanın başlamasından bu günədək Almaniyada 3 433 516 nəfər koronavirusa yoluxub, 83 591 xəstə ölüb. Ümumilikdə isə təxminən üç milyondan çox insan COVID-19-dan sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti