Ötən günlə müqayisədə yoluxma və ölüm sayı azaldı

  03 May 2021    Oxunub : 1752
Ötən günlə müqayisədə yoluxma və ölüm sayı azaldı
Dünyada son sutka ərzində 721 896 nəfər koronavirusa yoluxub, 11 711 pasiyent dünyasını dəyişib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə rəsmi olaraq 152 534 452 yoluxma halı, 3 198 528 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmaların demək olar ki, 53 faizdən çoxu Cənub-Şərqi Asiyanın (385 537) payına düşür. Digər yerləri Şimali və Cənubi Amerika (182 368) ilə Avropa (88 955) bölüşür.

Qeyd edək ki, ötən gün dünyada son sutka ərzində koronavirusa yoluxma sayı 808 563, ölüm sayı isə 12 870 nəfər olmuşdu.

Azvision.az

Teqlər: