“Türkiyə-Azərbaycan qardaşlığı ən yüksək zirvədədir” - İlham Əliyev
Müharibənin ilk saatlarından başlayaraq Türkiyənin və onun Prezidentinin Azərbaycana mənəvi və siyasi dəstək verdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır”.
Prezident vurğulayıb ki, əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Türkiyə Səfir