Gimnastımız Avropa çempionatının finalına yüksəlib

Gimnastımız Avropa çempionatının finalına yüksəlib
  02 May 2021    Oxunub:2763
Batut gimnastımız Selcan Maqsudova Soçidə keçirilən batut, tamblinq və ikili minibabut üzrə Avropa çempionatının finalına yüksəlib.
Azvision.az xəbər verir ki, böyüklər arasında mübarizə aparan təmsilçimiz təqdim etdiyi proqrama görə, hakimlərdən 52,835 xal alaraq təsnifat mərhələsində səkkizinci olub və həlledici mərhələyə adlayıb.

Fərdi batut gimnastikası üzrə final yarışları mayın 2-də təşkil olunacaq. Həmin gün tamblinq üzrə final yarışlarında təmsilçimiz Mixail Malkin də medallar uğrunda mübarizə aparacaq.

Azərbaycanın gənclərdən ibarət tamblinq komandası artıq Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, 23 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatına mayın 2-də yekun vurulacaq.

Azvision.az


Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti