Helikopterdə 3 nəfər ölüb

  11 Fevral 2013    Oxunub : 450
Helikopterdə 3 nəfər ölüb
Bakı şəhəri yaxınlığında, «Şıx» çimərliyi istiqamətində qəzaya uğramış helikopter Azərbaycan Ordusunun ambulans helikopteri olub.
Məlumata görə, helikopter Bakıdan Kürdəmirə xəstə əsgərləri gətirmək üçün uçurmuş. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu gün saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb. Hazırda xilasetmə tədbirləri həyata keçirilir.

Vertolyotda 3 nəfər olub. Onların üçünün də öldüyü ehtimal olunur. APA bildirir ki, axtarışlar davam edir, axtarış işlərinə Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyinin gəmi və katerləri, habelə helikopterlər cəlb olunub.

Teqlər: