"İnflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq" - Elman Rüstəmov

   "İnflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq" -    Elman Rüstəmov
  30 Aprel 2021    Oxunub:2910
2021-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub. Martda isə illik inflyasiya 4,1 faiz təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.

Azvision.az



Teqlər: AMB  





Xəbər lenti