Komitə: Statistik vahidlərin sayı artıb

Komitə: Statistik vahidlərin sayı artıb
  28 Aprel 2021    Oxunub:3224
Bu ilin yanvar-mart ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 1,8 faiz artaraq aprelin 1-nə 158 min 163 təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, artım iqtisadiyyatın “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “Nəqliyyat və anbar təsərrüfatı”, “İnformasiya və rabitə”, “Maliyyə və sığorta fəaliyyəti”, “Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı”, “Emal sənayesi”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Tikinti” və “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (30,4 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (18,7 faiz), “Tikinti” (10 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,6 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (6,9 faiz) və “Emal sənayesi” (5,8 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən, Türkiyə (21,2 faiz), İran (10,4 faiz), Rusiya (4,4 faiz), Böyük Britaniya (4 faiz), ABŞ (1,6 faiz) və Almaniya (1 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb. Üç ayda ləğv edilmiş statistik vahidlərin 35,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 12,4 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 8,6 faizi “Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 7,6 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,7 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi” sahələrində, qalanları isə digər bölmələrin payına düşür. Bu dövrdə yeni yaradılmış statistik vahidlərin 33,6 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 11,5 faizi “Tikinti”, 7,8 faizi “Peşə, elmi və texniki fəaliyyət”, 7,5 faizi “Emal sənayesi”, 6,2 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 6,1 faizi “Nəqliyyat və anbar təsərrüfatı” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 98,5 faizi xüsusi mülkiyyətli (ondan 6,3 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 1,5 faizi isə dövlət mülkiyyətli müəssisələrin payına düşür. Qeydiyyatda olan statistik vahidlərin 60,6 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 77,8 faizi Bakıda, 6,7 faizi Abşeron, 4,5 faizi Aran, 3,3 faizi Gəncə-Qazax, 2,3 faizi Lənkəran, 1,9 faizi Şəki-Zaqatala və qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (2,3 faiz), Abşeron iqtisadi rayonunda (1,8 faiz), Yuxarı Qarabağ iqtisadi rayonunda (1,3 faiz), Gəncə-Qazax iqtisadi rayonunda (1,1 faiz), Şəki-Zaqatala iqtisadi rayonunda (1 faiz), Lənkəran iqtisadi rayonunda (0,9 faiz), Naxçıvan Muxtar Respublikasında (0,8 faiz) daha fəal olub.

Bu dövrdə Bakı şəhəri üzrə 51, Lənkəran iqtisadi rayonu üzrə 25, Naxçıvan Muxtar Respublikası üzrə 9, Aran iqtisadi rayonu üzrə 7, Abşeron iqtisadi rayonu üzrə 6, Gəncə-Qazax iqtisadi rayonu üzrə 5 və Dağlıq Şirvan iqtisadi rayonu üzrə 2 statistik vahid ləğv edilib. Ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq işçilərin orta siyahı sayı və illik gəliri meyarı əsasında müəyyən edilib. Göründüyü kimi, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 92,3 faizini mikro sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (32,2 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (15,6 faiz), tikinti (10,4 faiz) və kənd təsərrüfatı (8 faiz) sahələrində yaradılıb. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 5,2 faizini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (29,4 faiz), tikinti (12,6 faiz), emal sənayesi (9,3 faiz) və peşə, elmi və texniki fəaliyyət (7,2 faiz) sahələrində yaradılıb. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 2 faizini orta sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (25,5 faiz), tikinti (16,3 faiz, emal sənayesi (11,9 faiz) və nəqliyyat və anbar təsərrüfatı (5,7 faiz) sahələrindədir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,5 faizini iri sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (18,6 faiz), emal sənayesi (16 faiz), tikinti (15,1 faiz) və nəqliyyat və anbar təsərrüfatı (6,8 faiz) sahələrində yaradılıb. Mikro sahibkarlıq subyektlərinin 63,7 faizi Bakıda, 10,5 faizi Aran, 7,1 faizi Abşeron, 4,8 faizi Gəncə-Qazax, 4,5 faizi Lənkəran, qalanları isə digər iqtisadi rayonlardadır. Kiçik sahibkarlıq subyektlərinin 66,8 faizi Bakıda, 8,9 faizi Aran, 6 faizi Abşeron, 5,9 faizi Gəncə-Qazax, 2,9 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Orta sahibkarlıq subyektlərinin 62,8 faizi Bakıda, 9,4 faizi Aran, 5,9 faizi Abşeron, 5,8 faizi Gəncə-Qazax, 4,1 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlardadır. İri sahibkarlıq subyektlərinin 77,2 faizi Bakıda, 6,5 faizi Abşeron, 5,8 faizi Aran, 3,7 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

Azvision.az


Teqlər: Statistika   Komitə  





Xəbər lenti