Ölkədən gizli valyuta çıxarmaq istədi

Ölkədən gizli valyuta çıxarmaq istədi
  27 Aprel 2021    Oxunub:2121
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xarici valyutanın qanunsuz olaraq ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.
Bu barədə Azvision.az DGK-ya istinadən xəbər verir. Belə ki, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən, həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində olan 9 500 ABŞ dollarını gömrük nəzarətinə təqdim edib. Daha sonra nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobilin salonunda olan gödəkçənin cibində gömrük nəzarətindən gizlədilən 1 milyon 548 min rus rublu, vətəndaşın üzərindən isə 4 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti