Alış-veriş zamanı ƏDV necə hesablanır?

Alış-veriş zamanı ƏDV necə hesablanır?
  26 Aprel 2021    Oxunub:3009
İctimai iaşə və pərakəndə ticarət obyektlərində alış-veriş zamanı nağdsız ödəniş edilərsə ƏDV neçə faizlə hesablanır?
Dövlət Vergi Xidmətindən Azvision.az -a bildirilib ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablamaq mümkündür. Qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünən alıcı müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı mərkəzinə müraciət edə bilər.

Azvision.az



Teqlər: ƏDV  





Xəbər lenti