"Kapital Bank" daşınmaz əmlak təminatlı kreditin faiz dərəcəsini endirib

"Kapital Bank" daşınmaz əmlak təminatlı kreditin faiz dərəcəsini endirib
  26 Aprel 2021    Oxunub:1348
“Kapital Bank” hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir.
Bankdan Azvision.az -a verilən məlumata görə, bu dəfə mənzil, həyət evi, bağ, qeyri-yaşayış sahəsi və obyekt kimi əmlakları girov qoymaqla “Kapital Bank”dan 70 min manatadək kredit almaq mümkündür.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65%-ni təşkil edə bilər. Maksimum 7 il müddətinə verilən kreditin minimal məbləği 20 min manatdan, illik faiz dərəcəsinə isə güzəşt edilərək 18%-dən başlayır.

Qeyd edək ki, kredit yalnız rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 51) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Azvision.az


Teqlər: Kapiyal-Bank  





Xəbər lenti