Şəhriyar və Teymur daha 5 turda mübarizə aparacaq
Bu gün şahmatçılarımız daha 5 turda mübarizə aparacaqlar. Belə ki, T.Rəcəbov H.Nakamura, A.Firuzca, Y.Duda, R.Praqnanandha, nəhayət, günün sonuncu turunda U.So ilə mübarizə aparacaq. Ş.Məmmədyarov isə 6-cı turda Q.Cons, sonra S.Karyakin, 8-ci turda L.Lyem və son iki turda L.Dominges və V.Santos ilə qarşılaşacaq.
Teymur Rəcəbov ötən 5 turun nəticəsinə görə, 4 xalla turnir cədvəlində birincidir. A.Firuzca və M.Karlsen 3,5 xalla sonrakı pillələrdə qərarlaşıblar. Şəhriyar Məmmədyarov isə 2,5 xal toplayıb.
Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.
Azvision.az
Teqlər: ŞəhriyarMəmmədyarov TeymurRəcəbov