İsveç səfiri Donbasda olub

İsveç səfiri Donbasda olub
  23 Aprel 2021    Oxunub:2487
İsveçin Ukraynadakı səfiri Tobias Tiberq Donbasa səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, səfir buradakı nəzarət-buraxılış məntəqəsinin işi ilə tanış olub.

"Bu gün İsveç Krallığının Ukraynadakı səfiri Tobias Tiberq Donbasa səfər edib. Ona humanitar yol dəhlizi daxilindəki mövcud təhlükəsizlik vəziyyəti və işğalçılar tərəfindən təmas xətti boyunca insanların sərbəst hərəkətinin bloklanması barədə məlumat verilib", - məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Donbas   Ukrayna   İsveç   Səfir  





Xəbər lenti