Paşinyan ayın sonunadək istefa verəcək

 Paşinyan ayın sonunadək istefa verəcək
  23 Aprel 2021    Oxunub:2193
Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayının sonunadək vəzifəsindən istefa verəcək.
Azvision.az xəbər verir ki, bu barədə hakim “Mənim addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunts bildirib.

“Bu gün aprelin 23-ü olduğunu nəzərə alsaq, baş nazir yaxın günlərdə, ayın sonunadək istefa verəcək".

Makunts dəqiq tarixi açıqlamayıb.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistanda 20 iyun tarixində erkən parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Paşinyan   İstefa  





Xəbər lenti