Hüseynbala Mirələmov YAP-dan çıxarıldı - YENİLƏNİB

  Hüseynbala Mirələmov YAP-dan çıxarıldı -  YENİLƏNİB
  23 Aprel 2021    Oxunub:3251
Sabiq deputat Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.
Azvision.az -ın məlumatına görə, bu barədə YAP İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

H.Mirələmov eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də kənarlaşdırılıb.

***15:07***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilir.

Azvision.az xəbər verir ki, toplantının gündəliyinə 2 məsələ daxil edilib.

İclasda MSK üzvlüyünə namizədlərin müəyyənləşməsi və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovla bağlı məsələyə baxılacaq.

Qeyd edək ki, Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkəti cəmiyyətdə ciddi qınağa səbəb olub.

Azvision.az


Teqlər: YAP   İclas   Hüseynbala-Mirələmov  





Xəbər lenti