Prezident su probleminin həlli ilə bağlı sərəncam imzaladı

   Prezident su probleminin həlli ilə bağlı sərəncam imzaladı
  23 Aprel 2021    Oxunub:1272
Prezident İlham Əliyev aprelin 23-də “Bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən, əhalisi 29662 nəfər olan 5 rayonun 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 25 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,75 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Artezian quyusu qazılacaq rayonlar bunlardır: Beyləqan 7, Cəbrayıl (Biləsuvar rayonu ərazisi) 2, Füzuli 10, Xocavənd 2, Şuşa (Ağdam rayonu ərazisi) 4 quyu.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti