Fransa Senatının sədri Ermənistana səfər edəcək

Fransa Senatının sədri Ermənistana səfər edəcək
  23 Aprel 2021    Oxunub:2660
Fransa Senatının sədri Jerar Lapşe həmkarı Ararat Mirzoyanın dəvəti ilə Ermənistana səfər edəcək.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Lapşe qondarma “erməni soyqırımı” ilə bağlı keçiriləcək tədbirlərdə iştirak edəcək.

Qeyd edilib ki, Senatda təmsil olunan bütün siyasi qrupların rəhbərləri Fransa nümayəndə heyətinin tərkibində təmsil olunacaq.

Fransa Senatı rəhbərinin Ermənistanın baş naziri, prezidenti, parlament sədri və bütün ermənilərin katolikosu ilə görüşəcəyi gözlənilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Fransa  





Xəbər lenti